Sumqayıtlılar məğlub olublar
Bizi izləyin

İdman

Sumqayıtlılar məğlub olublar

Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində noyabrın 29-da “Sumqayıt” klubu səfərdə AZAL ilə qarşılaşıb.

“AZAL Arena” stadionunda baş tutan qarşılaşmada sumqayıtlılar 2:3 hesabı ilə məğlub olublar.

Oyundan sonra “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov jurnalistlərə açıqlamasında deyib: “Müdafiəçilərimizin zəif oyununa görə uduzduq. AZAL layiqli qələbə qazandı, rəqibi təbrik edirəm. Deyərdim ki, hücumda problemimiz çox deyil. Əsas problem arxa xətdədir”.

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov isə deyib: “Çoxdandır ki, evdə qələbə qazana bilmirdik. Biz bu gün həmin uğursuz seriyaya son qoyduq. Buna görə futbolçularıma təşəkkür edirəm. Belə bir ağır durumda işlərinin öhdəsindən gəldilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm