Bu klubun prezidenti Balotellini gözləyir: "Gecələr yata bilmirəm"
Bizi izləyin

İdman

Bu klubun prezidenti Balotellini gözləyir: "Gecələr yata bilmirəm"

“Cenoa”nın prezidenti Alberto Zanqrillo Mario Balotellinin A Seriyasına qayıtması ilə bağlı gözləntilərini bölüşüb.

Publika.az xəbər verir ki, yerli jurnalistlər açıq şəkildə deyirlər ki, qalmaqallı hücumçu “Cenoa” ilə müqavilə imzalamağa çox yaxındır.

“Onun gəlişinin artıq komandada olanlar arasında narazılıq yarada biləcəyinə inananlarla razı deyiləm. İnanıram ki, Mario potensial olaraq son iyirmi ilin ən yaxşı italyan 9 nömrəsi idi.

Əminəm ki, Balotelli əvvəlki möhtəşəm oyunçu səviyyəsinə qayıda bilər. Bu, artıq bir neçə gündür ki, məni gecələr oyaq saxlayan problemdir. Əgər bacarsaydım, heç vaxt Mariodan imtina etməzdim, arzularla dolu romantik futbolu sevirəm”, – Zanqrillo bildirib.

Balotellinin “Cenoa” ilə 2024/25 mövsümünün sonuna qədər müqavilə imzalayacağı gözlənilir. Marionun son klubu Türkiyənin “Adana Dəmirspor”u olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm