İdman
"Sumqayıt" doğma meydanda "Turan Tovuz"la bacarmadı
Azərbaycan Premyer Liqasının X turunun bağlanış oyununda "Turan Tovuz" səfərdə "Sumqayıt"a qalib gəlib.
Publika.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda qonaq komanda 4:2 hesablı qələbəyə sevinib.
Görüşdə hesabı 16-cı dəqiqədə qərb təmsilçisindən Alexandro Serrano açıb. 25-ci dəqiqədə Otto Con qonaqların üstünlüyünü iki topa çatdırıb. 1 dəqiqə sonra isə tovuzlular Veysəl Rzayevin sayəsində üçüncü qolu vurub. Meydan sahibləri 32-ci dəqiqədə Nikola Vuynoviçin dəqiq zərbəsi sayəsində fərqi azaltsa da, 78-ci dəqiqədə adını tabloya yazdıran Aleks Souza "Turan Tovuz" növbəti qolunu vurub. Yekun hesabı isə "gənclik şəhəri" təmsilçisinin heyətində 87-ci dəqiqədə rəqib torunu silkələyən Kamran Quliyev təyin edib.
Bu qələbə sayəsində Kurban Berdıyevin rəhbərlik etdiyi klub xallarının sayını 21-ə çatdıraraq turnir cədvəlində 2-ci sıraya yüksəlib. "Sumqayıt" isə 7 xalla 9-cu pilləfə qalıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Kəpəz"i 5:0, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0, "Neftçi" isə "Səbail"i 3:1 hesabı ilə məğlub edib. "Zirə" - "Sabah" qarşılaşması 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
-
Ekologiya12:05
Bakı-Şamaxı yolunda qar hərəkəti iflic etdi - VİDEO
-
Qoroskop11:12
Yeni il bu bürclərə düşərli olacaq
-
Sosial10:16
"Şokolad trendi" ilə bağlı fərqli videolar və TANINMIŞLARIN REAKSİYASI
-
Ekopublika.az10:00
Hamı evini satıb gedir: 3 otaqlı mənzillər 75 min manata...
-
Ekologiya09:33
Bakıya qar yağır - Faktiki hava
-
Hadisə09:10
Azərbaycanda evdə partlayış oldu: xəsarət alan var
-
Nəqliyyat08:55
Bu yolda sürət həddi endirildi
-
Dünya07:55
6,2 bal gücündə zəlzələ bu ölkəni silkələdi