Neymar göz yaşı tökdü: Niyə? - VİDEO
Bizi izləyin

İdman

Neymar göz yaşı tökdü: Niyə? - VİDEO

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna transfer olunduqdan sonra zədə səbəbindən təxminən 1 ili meydanlardan uzaq düşən Neymar müsahibə zamanı göz yaşlarına boğulub.

Publika.az xəbər verir ki, o, futboldan uzaq qalması barədə danışarkən ağlayıb:

“Həyatda ən çox sevdiyim şey futbol oynamaqdır. Hər gün oyundan kənar olanda əziyyət çəkirəm. Bu, məni çox incidir”.

Neymar bu gün meydana qayıda bilər. "Əl-Hilal" Asiya Çempionlar Liqasında səfərdə BƏƏ-nin "Əl-Ayn" klubu ilə qarşılaşacaq. Neymar komandanın oyun üçün heyətinə daxil edilib.

"Sambaçı" sonuncu dəfə 2023-cü il oktyabrın 18-də meydana çıxıb. Cinah oyunçusu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvaya qarşı keçirdiyi oyunda dizinin çarpaz bağını qırıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm