"Milan"ın oyunu təxirə salındı: Fəlakətə görə
Bizi izləyin

İdman

"Milan"ın oyunu təxirə salındı: Fəlakətə görə

A seriyasının oktyabrın 26-da keçirilməli olan "Bolonya" - "Milan" matçı təxirə salınıb.

Publika.az xəbər verir ki, buna səbəb İtaliyanın şimal-şərqində yağan güclü yağış və daşqınlardır.

Bolonyada bir neçə gün əvvəl güclü leysan olub və fəsadları hələ aradan qaldırılmayıb. Bununla yanaşı, yenidən daşqın proqnozu verilib.

Matçın nə vaxt keçiriləcəyi ilə bağlı qərar hələlik açıqlanmayıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm