İdmançılarımız Fransada “test”dən keçəcək
Bizi izləyin

İdman

İdmançılarımız Fransada “test”dən keçəcək

Dekabrın 4-də Parisdə Azərbaycan və Fransa güləşçiləri arasında dostluq matçı baş tutacaq. Dostluq görüşü cari ilin may ayında AGF-nin prezidenti Fazil Məmmədovun Fransa Güləş Federasiyasının prezidenti Alain Bertolomla Parisdə keçirilən görüşü zamanı razılaşdırılıb.

Publika.az xəbər verir ki, dostluq görüşünün əhəmiyyəti həm də ondan ibarətdir ki, bu yarış gələn il keçiriləcək Avropa Oyunları üçün test xarakteri daşıyır. Hər üç növdə güləşçilərin iştirak edəcəyi dostluq görüşü iki ölkənin güləş federasiyaları, eləcə də Azərbaycanın Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə Parisin ən məşhur saraylarından biri olan Qış sirkində baş tutacaq.

Ümumilikdə, 10 güləşçinin mübarizə aparacağı dostluq görüşündə 3 çəkidə sərbəst, 3 çəkidə yunan-Roma və 4 çəki dərəcəsində qadın güləşçilər yarışacaq.

Azərbaycandan dostluq matçına sərbəst güləşçilərdən Mahmud Məhəmmədov, Cəbrayıl Həsənov, Həmzət Osmanov, qadınlardan Patimat Baqomedova, Mariya Stadnik, Alyona Kolesnik, Nataliya Snişin çıxacaq.

Yunan-Roma güləşində isə olimpiya mükafatçımız Rövşən Bayramov, Həsən Əliyev, İslam Abbasov öz gücünü sınayacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm