"Mançester Yunayted"də onun dönəmi rəsmən bitdi
Bizi izləyin

İdman

"Mançester Yunayted"də onun dönəmi rəsmən bitdi

Erik ten Haq "Mançester Yunayted"in baş məşqçi postundan istefa verib.

Publika.az xəbər verir ki, bu barədə "mankunianlar"ın rəsmi saytı məlumat yayıb.

Ruud van Nistelroy yeni təyinata qədər baş məşqçinin səlahiyyətlərini icra edəcək.

Ten Haq 2022-ci ilin aprelindən “Mançester Yunayted”ə rəhbərlik edib. 54 yaşlı niderlandlı mütəxəssisin rəhbərliyi altında komanda İngiltərə kubokunu (2023/24) və Liqa kubokunu (2022/23) qazanıb.

Qeyd edək ki, Premyer Liqanın bu mövsümündə 9 turdan sonra "Mançester Yunayted" 11 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm