Olimpiya çempionumuza ağır itki üz verib
Bizi izləyin

İdman

Olimpiya çempionumuza ağır itki üz verib

Olimpiya çempionumuza ağır itki üz verib

Son günlər məşqçisiylə küslü olduğuna görə gündəmə gələn olimpiya çempionu Toğrul Əsgərovun ailəsində ağır itki baş verib. Publika.Az-ın əldə etdiyi məlumata görə, güləşçimizin babası rəhmətə gedib.

O, bu səbəbdən millinin təlim-məşqlərindən uzaq qalıb və Türkiyədəki yarışı buraxmalı olacaq.

Lakin Toğrul Əsgərov bir müddət sonra Avropa çempionatında iştirak etmək üçün yenidən döşək üzərinə qayıdacaq.

Qeyd edək ki, növbəti qitə birinciliyi aprelin 1-dən 6-dək Finlandiyanın Vanta şəhərində baş tutacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm