Mançini hədəfini açıqladı
Bizi izləyin

İdman

Mançini hədəfini açıqladı

Dekabrın 11-də Avropa Liqasının son qrup oyununda “Qarabağ”ın qonağı olacaq “İnter”in baş məşqçisi Roberto Mançini yeni fəaliyyətindəki hədəflərindən danışıb.

Publika.az xəbər verir ki, “neradzurra”nın yeni çalışdırıcısı əsas hədəflərinin Çempionlar Liqasına vəsiqə qazanmaq olduğunu gizlətməyib:

“İnter”in hədəfi qitənin ən nüfuzlu klub turniri sayılan Çempionlar Liqasından kənarda qalmamaqdı. Anlayırıq, çətin tapşırıqdı. Amma öhdəsindən gəlsək, hamımıza xoş olacaq. İndi bütün diqqətimizi hər oyunda qələbə qazanmağa yönəltmişik. Baxaq, görək necə alınacaq. Zənnimcə, 3-cü yer uğrunda əsas rəqiblərimiz - “Napoli”, “Milan” və “Fiorentina” da qarşıdakı oyunlarda xallar itirəcək. Biz də bundan yararlanmalıyıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm