İdman
"Qan qusdum" - Taysondan səhhətilə bağlı şok etiraf
Əfsanəvi amerikalı boksçu Mayk Tayson Cek Polla döyüşə hazırlaşarkən səhhətində ciddi problemlər olduğunu etiraf edib.
Publika.az xəbər verir ki, o, bu barədə həkimlərlə söhbətindən danışıb.
“Bir gün özümü pis hiss etdim və hamama getdim. Bunun necə baş verdiyini xatırlamıram, amma qan qusdum. Hamamın döşəməsinə düşdüm və qalxa bilmədim. Məndə mədə xorası var idi.
Həkimlərlə söhbətimi xatırlayıram. Onlardan soruşdum: “Mən öləcəyəm?” Mənə dedilər ki, başqa variantlar var. Sonra daha çox narahat olmağa başladım”, – deyə Mayk xatırlayır.
Mayk Tayson və Cek Pol arasında döyüş iyulun 20-də keçirilməli idi, lakin sonradan təxirə salınmışdı. Əfsanəvi boksçu səhhətində problemlər olduğunu desə də, xırda detalları danışmamağa çalışıb.
Tayson və Pol noyabrın 9-dan 10-na keçən gecə rinqdə görüşəcəklər – döyüş rəsmi status alıb və onun nəticəsi hər bir boksçunun statistikasında qeyd olunacaq.
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü






.jpg)



















.jpg)









