İdman
"Bayern" onu komandada saxlamaq üçün hərəkətə keçdi: 25 milyon maaş alacaq
"Bayern" ulduz yarımmüdafiəçisi Camal Musiala yeni müqavilə təklif etmək istəyir.
Publika.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.
Onun sözlərinə görə, yeni müqaviləyə əsasən, yarımmüdafiəçi ildə təxminən 25 milyon avro alacaq. Futbolçunun klubdan imza bonusu ala biləcəyi də bildirilir. Yeni müqavilə 2029-cu ilə qədər qüvvədə olacaq.
Yeni müqavilə təklif edilməsinə səbəb onun Avropa nəhənglərinin, xüsusilə "Mançester Siti"nin maraq dairəsində olmasıdır.
"Transfermarkt" 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro qiymətləndirir. Hazırkı sözləşmə 2026-cı ilə qədərdir.
Qeyd edək ki, bu mövsüm Musiala "Bayern"in heyətində bütün yarışlarda 14 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.
Heybət
-
Magazin201:41Şaxtalı havada bikinidə pozalar verdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sərhədlərinizi qorumağı unutmayın
-
İdman10 Yanvar 23:12Rəqsləri sosial mediada trend oldu - VİDEO
-
Region10 Yanvar 23:00İranda İsrail agenti saxlanılıb
-
İdman10 Yanvar 21:48Türkiyə Superkubokunun qalibi müəyyənləşdi
-
Magazin210 Yanvar 21:12Sezen Aksudan sevənlərinə ÜZÜCÜ XƏBƏR
-
Nəqliyyat10 Yanvar 20:36Metroda yeni gediş haqqı - NECƏ ÖDƏNƏCƏK?
-
MDB10 Yanvar 20:24Moskva-İrəvan reysində yanğın - VİDEO






















.jpg)













