İdman
"Real"ın ulduzu Premyer Liqa nəhənglərinin hədəfində: Ançelotti ilə arası dəydi
"Real"ın 26 yaşlı ulduz yarımmüdafiəçisi Federiko Valverde Madrid klubunu tərk edə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.
İngiltərənin iki top-klubu futbolçu üçün mübarizə aparır. Söhbət "Mançester Siti" və "Liverpul"dan gedir. Valverdenin Madrid klubunun məşqçilər korpusu ilə gərgin münasibətindən istifadə etməyə çalışan hər iki klub yayda uruqvaylı yarımmüdafiəçini heyətinə qatmağa çalışacaq.
Federikonun "Real"la 2027-ci ilin yayına qədər müqaviləsi var. "Los Blankos" onun transferi ilə bağlı danışıqlara hazırdır.
Cari mövsümdə Federiko Valverde klub səviyyəsində 17 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun dəyərini 130 milyon avro qiymətləndirir.
Heybət
-
Yaxın Şərq10:00SEPAH-a ağır zərbə - Ən böyük qərargahları dağıdıldı
-
İdman09:50Gürcüstan millisində görünməmiş fırıldaq
-
MDB09:40Kiyev raketlərlə vuruldu, ölənlər var
-
Sosial09:30Əmək bazarında yeni dinamika - Daha işçiyə ehtiyac yoxdur?
-
Dünya08:30Bağdaddakı ABŞ səfirliyinə hücum edildi
-
ABŞ07:35ABŞ İran dronlarını tutmağın yolunu tapdı - Müharibədə yeni mərhələ
-
Dünya03:43İlber Ortaylının vəsiyyəti ortaya çıxdı
-
Dünya03:19Müharibədə ilk yaşandı: Bəhreyndən İrana ballistik raket atıldı


































