İdman
“Mançester Siti” unikal "uğura" İMZA ATDI
İngiltərə Premyer Liqasının hazırkı çempionu "Mançester Siti" ardıcıl 5-ci matçında məğlub olub.
Publika.az xəbər verir ki, Premyer Liqanın 12-ci turunun "Etihad" stadionunda keçirilən matçında meydan sahibləri "Tottenhem"ə 0:4 hesabı ilə uduzublar.
İlk hissədə yarımmüdafiəçi Ceyms Meddison 13 və 20-ci dəqiqələrdə dubla imza atıb. İkinci hissədə isə 53-cü dəqiqədə Pedro Porro, 90+3-cü dəqiqədə Brennan Conson fərqlənib.
Bu məğlubiyyət Xosep Qvardiolanın komandası üçün bütün turnirlərdə ardıcıl 5-ci məğlubiyyət olub.
"Mançester Siti" oktyabrın 30-da İngiltərə Liqa Kubokunda “Tottenhem”ə (1:2), noyabrın 2-də Premyer Liqada “Bornmut”a (1:2), noyabrın 5-də Çempionlar Liqasında Portuqaliya “Sportinq”inə (1:4) və noyabrın 9-da İngiltərə çempionatında "Brighton"a (1:2) uduzub.
Ölkə çempionatının turnir cədvəlində “Mançester Siti” 23 xalla ikinci pillədə qərarlaşıb. "Tottenhem"in aktivində 19 xal var və altıncı yerdədir.
Premyer Liqanın növbəti turunda "Siti" "Liverpul"la mübarizə aparacaq. Oyun dekabrın 1-də baş tutacaq, start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. Həmin gün “Tottenhem” öz stadionunda “Fulhem”i qəbul edəcək, görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
Hüseyn İbadlı
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 21 Oktyabr 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto































