İdman
“Qarabağ”ın heyətində çoxlu təhlükəli oyunçular var” – “Lion”un futbolçusu
“Lion” sabah UEFA Avropa Liqasının liqa mərhələsinin 5-ci turunda “Qarabağ”la qaşılaşacaq.
Publika.az xəbər verir ki, Fransa klubunun futbolçusu Jordan Veretu oyundan bir gün əvvəl keçirilən mətbuat konfransına qatılıb. Fransalı futbolçu müxtəlif mövqelərdə oynamağa qadir olduğunu bildirib:
“Avropa Liqasının başlanğıc mərhələsidir. Bizdə bu təcrübələrdə əlbəttə ki, uğursuzluqlar oldu. Amma qarşıdakı oyunlarda yaxşı çıxış etməyə çalışacağıq.
Müxtəlif mövqelərdə oynamağa qadirəm. İstər hücumda, bəzən də müdafiədə komandama kömək edə bilərəm. Baş məşqçi hansı mövqeyə uyğun görsə, orada da oynayacam. Mənim üçün əsas komandamın uğur qazanmasıdır.
“Qarabağ”ın heyətində çoxlu təhlükəli oyunçular var. Onların qarşısını almalıyıq. Digər təhlükəli məqam Yassin Benzianın əvvəllər “Lion”da çıxış etməsidir. İndi isə “Qarabağ”ı təmsil edir.
Biz maksimum çalışırıq ki, öz performansımızı yaxşılaşdıraq. Səhvlərimizi analiz edərək, onlardan nəticə çıxarmağa çalışırıq.
Alian Şakinin çox gözəl hücum performansı var. Yeni mövsümə çox yaxşı başlayıb. Gələcəkdə onun inkişafı üzərində işləməsindən asılı olacaq.
Fikrimcə, çox mübahisəli və gərgin keçəcək bir matç olacaq. Çünki bu, yeni formatda baş tutacaq. Ona görə də, biz qələbə qazanmaq üçün bütün imkanlarımızdan faydalanmağa çalışacağıq”.
Noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də start götürəcək.
-
Dünya15:25Nüvə sınaqlarının dəhşətli nəticəsi: 4 milyon insan vaxtından əvvəl ölüb
-
Rəsmi xronika14:52İlham Əliyev Davosda mərasimdə iştirak edir - CANLI
-
İdman13:53Elvin Cəfərquliyev yenə gündəmdə: Diktordan mikrafonu aldı və bu sözü qışqırdı - VİDEO
-
Dünya12:48Ərdoğanın bu sözləri Davosda gündəm oldu: Masada olmayanlar...
-
Sosial12:39Pensiya alanlara şad xəbər - Nazirlik məlumat yaydı
-
Dünya11:18ABŞ hücum edərsə, İranın ilk hədəfi bu ölkə olacaq - Şok ssenari
-
Dünya10:47Bu iki ölkə Türkiyə ilə müharibəyə hazırlaşır: 3,5 milyardlıq sistem yerləşdirirlər
-
İdman10:18"Qarabağ" hansı halda pley-offa yüksələcək? - Bu komandalardan ikisi xal itirsə...























.jpg)











