Faiq Qarayev istefaya göndərilir?
Bizi izləyin

İdman

Faiq Qarayev istefaya göndərilir?

Faiq Qarayev istefaya göndərilir?

Azərbaycan voleybol federasiyasında dəyişiklik gözlənilir. Publika.Az-a daxil olan məlumata görə, qadınlardan ibarət voleybol yığmasının baş məşqçisi Faiq Qarayev vəzifəsindən ayrılacaq. Onun yerinə isə xaricdən mütəxəssis gətiriləcək.

Deyilənlərə görə, Faiq Qarayevin postu tərk etməsinə səbəb sağlamlağı ilə bağlı yaşanan problemlərdir. Onun bu cür gərgin rejimli işdə çalışması məsləhət görülmədiyindən, hər iki tərəfin razılığı ilə Qarayev postunu tərk etməyə hazırlaşır.

Məlumatda vurğulanır ki, Faiq Qarayev bu ilin sentyabr ayında İtaliyada keçiriləcək dünya çempionatnın final mərhələsindən sonra istefaya göndəriləcək. Qeyd edək ki, millimiz yanvar ayında Bakıda keçirilən seçmə mərhlədən sonra dünya çempionatına vəsiqə qazanıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm