İdman
"Mançester Yunayted" yasda: Klubun əfsanəvi əməkdaşı öldü - FOTO
"Mançester Yunayted"in əfsanəvi əməkdaşı Kat Fipps dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mankunianlarda 55 ildən çox çalışmış qadın 85 yaşında dünyasını dəyişib. Fipps bu illər ərzində müxtəlif vəzifələrdə çalışıb.
Kat əfsanələr - ser Mett Bazbi, Cimmi Merfi, "Qızıl top" qalibləri Corc Best, Bobbi Çarlton, Denis Lou "Yunayted"in son illərdəki ulduz heyəti ilə dost olub. Onun komanda daxilindəki ab-havaya ciddi təsir etdiyi bildilir.
“Katın xatirəsi klubda onu tanımaq imtiyazına malik olan hər kəs tərəfindən əziz tutulacaq. O, son açıqlamasında "mən burasız özümü təsəvvür edə bilmirəm" demişdi. İndi biz buranı onsuz təsəvvür edə bilmərik. Rahat yat, Kat”, - deyə MY-nin vida mesajında deyilir.
Qeyd edək ki, Kat Fipps 1960-2015-ci illərdə "Mançester Yunayted"də fəaliyyət göstərib.
Heybət

-
Sosial18:50Gürcüstana gedənlərin diqqətinə - 12 manatlıq sığorta nələri qarşılayır?
-
Sosial16:49Qubada Vətən Müharibəsi abidəsi baxımsız vəziyyətdədir - İcra hakimiyyəti isə deyir ki... - Fotolar
-
Cənubi Qafqaz16:16Paşinyanın qəribə davranışı gündəm oldu - VİDEO
-
Sosial15:03Bakı-Tbilisi qatarının qiyməti açıqlandı - Rəsmi
-
Rəsmi xronika14:36Prezident bu quruma yeni səlahiyyət verdi
-
Rəsmi xronika13:55İlham Əliyev fərman imzaladı
-
Sosial13:36İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - FOTO
-
Nida Təhlil 13:22Cənubi Qafqazda yeni reallıq: Azərbaycan istiqaməti müəyyən edir




































