İdman
Messinin cangüdəni bunu da bacarırmış: Poqba üzə çıxardı - VİDEO
"İnter Mayami"də çıxış edən Lionel Messinin şəxsi mühafizəçisi Yassin Çueko da məşhurluqda ondan geri qalmır.
Publika.az xəbər verir ki, sosial şəbəkələrdə yayımlanan müxtəlif videolar onun tanınmasına səbəb olub. ABŞ ordusunun keçmiş əsgəri, əvvəllər elit Amerika xüsusi təyinatlı dəstəsində xidmət etmiş Yassin Leonu qorumaq üçün əlindən gələni edir.
Hazırda isə o istirahətdədir. Bunun səbəbi isə Messinin mövsümlərarası tətildə olmasıdır. Bu da ona rahat istirahət etməyə imkan verir. Çueko üçün futbol təkcə ulduz müştərinin gördüyü iş deyil, həm də özünün sevimli idman növüdür.

Bu yaxınlarda Yassinin başqa bir ulduz futbolçu Pol Poqba ilə əyləndiyini əks etdirən videolar yayımlanıb. Fransız futbolçu hazırda komandasız qalıb. O, tez-tez ABŞ-a səfər edir. Polun yerli klublardan birinə keçə biləcəyi barədə şayiələr var.
Amerikaya son səfəri zamanı Poqba təsadüfən Yassinlə bir araya gəib. DÇ-2018-in qalibi mühafizəçinin futbol bacarığını sınamaq qərarına gəlib. Poqbanın ötürməsindən sonra Çueko qapıya zərbə endirib və çox yaxşı alınıb. Bu, fransalı futbolçu və dostlarını təəccübləndirib.
Azarkeşlər də onun bacarığını bəyəniblər. Sosial şəbəkələrdə onun ünvanına xoş sözlərdən ibarət rəylər yazılıb: "Messini yaxından izləməyə başlayanda", "Əvvəlki həyatında o, futbolçu idi", "Messi ətrafındakı hər kəsi daha yaxşı edir", "Sadəcə "Çelsi"nin bu videonu görməsinə icazə verməyin", “O, bəzi oyunçulardan daha populyardır. Əfsanə effekti"
Yeri gəlmişkən, yayımlanan başqa bir video da var. Orada Poqba Yassinin müdafiə olunmağını yoxlayıb. Lakin Messinin mühafizəçisi bu sınaqdan keçə bilməyib. Nəticədə gülməli məqam yaranıb.
Heybət
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin217 Oktyabr 19:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17 Oktyabr 17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto




































