İdman
Mbappe danışdı: Cinsi təcavüz iddiaları ilə bağlı görün nələri dedi
"Real"ın və Fransa millisinin hücumçusu Kilian Mbappe Stokholmda cinsi təcavüzdə iştirak etməsi ilə bağlı iddialara ilk dəfə münasibət bildirib.
Publika.az xəbər verir ki, o, günahsız olduğunu, anlaşılmazlıq yaşandığını söyləyib:
“Mən də təəccüb içindəyəm. Bu, gözlədiyimiz bir şey deyildi. Çağırış vərəqələri aldım. Hamı kimi mən də eyni şeyləri oxudum. İsveç hökuməti heç nə deməyib. Bunun mənə aidiyyəti yoxdur. Sadəcə bir anlaşılmazlıqdır.
Heç vaxt bu barədə narahat olmamışam. Çox səs-küy vardı, amma həmişə eyni niyyətim olub: diqqətimi işimə yönəltmək və hər şeyin necə nəticələnəcəyini görmək. Əgər məni məhkəməyə çağırsalar, ora gedəcəm”.
Qeyd edək ki, oktyabrın 14-də İsveç polisi Mbappenin istirahət etdiyi Stokholmdakı oteldə baş verdiyi iddia edilən cinsi təcavüz şikayəti ilə bağlı araşdırmaya başlayıb. Bildirilir ki, qurban olduğunu iddia edən qadın hadisədə fransız futbolçunu da günahlandırır.
Heybət
-
Magazin122:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin221:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək




































