İdman
"Səbail"də yoxa çıxan milyonlarla bağlı rəsmi açıqlama: 10 milyon həqiqəti əks etdirmir
Publika.az saytında “Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin milyonları: “Səbail”də necə və kimlərin əli ilə yoxa çıxır?” başlıqlı yazı dərc olunub.
“Səbail”in Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov bizimlə əlaqə saxlayaraq, yazıya münasibət bildirib. Klub rəsmisinin açıqlamasını olduğu kimi təqdim edirik:
“Səbail” klubu ilə bağlı saytınızda yer almış “Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin milyonları: “Səbail”də necə və kimlərin əli ilə yoxa çıxır?” başlıqlı yazı ilə bağlı bəzi məqamlara aydınlıq gətirmək istəyirik.
Əvvəla, klubun büdcəsi ilə bağlı qeyd olunmuş 10 milyon rəqəmi birmənalı şəkildə həqiqəti əks etdirmir və müvafiq olaraq, ASCO-nun kluba guya 7 milyon manat vəsait ayırması da doğru məlumat deyil. “Səbail” PFK-ya məxsus stadion və bazanın olması da yanlış informasiyadır. Çünki klubumuzun ev oyunlarının və məşqlərinin keçirildiyi stadion Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına məxsusdur və “Səbail” həmin arenadan icarə əsasında istifadə edir.
Transferlərin guya yalnız icraçı direktor və idman direktoru tərəfindən həyata keçirilməsi, yazıda göstərildiyi kimi hər 6 aydan bir çox sayda futbolçunun klubdan göndərilməsi və onların əvəzinə yeni oyunçuların cəlb olunması da həqiqətdən çox-çox uzaq iddiadır. Ən azı ona görə ki, transfer xəbərləri ictimaiyyət üçün kifayət qədər açıq məlumatdır və dövri mətbuatı izləməklə bu mövzuda informasiyaları rahatlıqla əldə etmək olar.
Ötən mövsüm başa çatdıqdan sonra “Səbail” PFK-nı tərk edən əksər futbolçuların klubdan gedişinin səbəbi klubumuzla müqavilə müddətinin başa çatması və Niderland, Polşa, Rumıniya, İsrail və s. ölkələrin çempionatlarında çıxış edən klublardan daha sərfəli müqavilə təklifləri almaları olub.
Heyəti tərk edən digər futbolçular isə baş məşqçi onların xidmətində maraqlı olmadığına görə “Səbail”dən ayrılıblar. Eyni zamanda, bir faktı da qeyd etmək vacibdir ki, “Səbail” PFK-da heç bir futbolçu baş məşqçinin istəyi və təsdiqi olmadan heyətə cəlb olunmur/olunmayıb və ya heyətdən çıxarılmır/çıxarılmayıb. Başqa sözlə, klubda hər hansı digər vəzifə tutan şəxs(lər) transferlərlə bağlı yekun qərar vermək səlahiyyətinə malik deyil. Komandamızın sabiq baş məşqçisi Şahin Diniyevin guya transferlərin uğursuzluğu fonunda “qurbana çevrilməsi” iddiasında da həqiqət payı tamamilə yoxdur. İctimaiyyətə də məlum olduğu kimi, “Kəpəz” komandası ilə qarşılaşmada qeydə alınmış məğlubiyyətdən sonra Şahin Diniyev öz istəyi ilə istefa verərək “Səbail” PFK-da tutduğu vəzifədən ayrılıb.
Ümid edirik ki, ölkə mətbuatında özünəməxsus yeri və çoxsaylı oxucusu olan Publika.az saytında gələcəkdə “Səbail” PFK barədə həqiqəti əks etdirməyən və dəqiqləşdirilməmiş məlumatlar yer almayacaq”.
-
Magazin101:11
“Bu qədər pulu haradan əldə ediblər?” - Elariz kürəkəninin müdafiəsinə qalxdı
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Maliyyə məsələlərində riskdən çəkinin
-
Hadisə00:07
Azərbaycan-İran sərhədində ZƏLZƏLƏ
-
İdman12 Yanvar 22:24
Türk ulduz "Arsenal"a qarşı oyunda şou göstərdi - VİDEO
-
Hadisə12 Yanvar 22:12
Sumqayıtda avtomobildə yanaraq ölən şəxs oğru olub? - İDDİA / VİDEO
-
Magazin112 Yanvar 22:00
Orxan Rəşad Dağlı ilə bağlı ƏHDİNİ POZDU: "etmərəm" dediyi şeyi etdi - VİDEO
-
MDB12 Yanvar 21:24
Sankt-Peterburqun ən qədim univermağında YANĞIN - İnsanlar təxliyə edildi
-
Səhiyyə12 Yanvar 21:00
Epilepsiya beyin sağlamlığını görün necə MƏHV EDİR