İdman
Bir vaxtlar Neymardan da çox qazanırdı: İndi cəmi 724 avrosu qalıb - FOTOLAR
Qana millisinin sabiq hücumçusu Asamoa Qyan karyerası boyu qazandığı milyonları ağıllı şəkildə idarə edə bilməyib.
Publika.az xəbər verir ki, indi onun 39 yaşı var. Bir vaxtlar o, Avropanın "top-5" liqası səviyyəsində hücumçu hesab olunurdu. Karyerası ərzində Qyan "Udineze", "Renn", "Sanderlend" kimi klublarda oynayıb. Onun yolu Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" və Çinin "Şanxay SIPG" klublarından da keçib.
O, Qana millisi ilə də mötəbər turnirlərdə bir sıra tarixi nəticələrə imza atıb. Həmin dövrlərdə o, komandanın kapitanı olub.

Asamao Çin Superliqasında oynayanda həftədə 274 min avro qazanırdı. O vaxt heç Neymar, Luis Suares və Qaret Beyl kimi ulduzlar bu qədər məvacib almırdı. Zamanla Qyan yalnız pul xərclədi və kapitalını heç bir şəkildə artırmadı.
Keçən il keçmiş futbolçunun üç övladı olduğu üzə çıxdı. Əvvəllər Asamoa onları tanımırdı. Lakin məhkəmə ulduz futbolçunu onlara aliment ödəməyə məcbur etdi. Çox əhəmiyyətli bir məbləğ ödənməli idi. Buna görə Qyan bütün aktivlərini satmaq məcburiyyətində qaldı. İngiltərə və Qanadakı iki evini, bütün avtomobillərini və zinət əşyalarını satdı.

İndi Qyan cəmi 724 avro pulu qaldığını və tamamilə müflis olduğunu bildirir. Keçmiş futbolçu özünü həyatın başqa sahələrində tapmağa çalışır. O, boks görüşlərində özünü promouter kimi sınayıb, müğəninlik edib, aviaşirkət qurub. Hətta özünü siyasətdə də yoxlamağa cəhd edib.
Heybət
.jpg)


-
Qoroskop02:00Günün ulduz falı: Planlarınızı yenidən nəzərdən keçirin!
-
MDB01:40Şoyqunu öldürmək istəyənlər saxlanıldı: Biri qadındır
-
Hadisə01:20Moskvada azərbaycanlı ər arvadını xilas edərkən yanıb öldü
-
İdman17 Noyabr 23:35Futbolçular arasında kütləvi dava: Polis bibər qazı tətbiq etdi - FOTO
-
Kriminal17 Noyabr 22:58Milyonluq mülklər, surroqat ana, əcnəbi dayələr... - Bakıda lüks həyat yaşayan cütlük məhkəmədə
-
Dünya17 Noyabr 21:49Mədinədə dəhşətli qəza: 45 zəvvar öldü - VİDEO
-
Avropa17 Noyabr 21:00Onlayn mağazadan dərman alan 27 nəfər öldü
-
İKT17 Noyabr 20:50Azərbaycanda "WhatsApp" istifadəçilərinə XƏBƏRDARLIQ







.jpg)




.jpg)





















