İdman
İrqçi davranışın bədəli: 173 min avro
Serbiya Futbol Assosiasiyası UEFA Millətlər Liqasının oyunlarında azarkeşlərin davranışına görə cəzalandırılıb.
Publika.az xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqı Serbiya millisinin İsveçrə (15 noyabr) və Danimarka (18 noyabr) ilə oyunlarında azarkeşlərin hərəkətlərində pozuntular müəyyən edib.
İsveçrənin Sürix şəhərində keçirilən oyun zamanı azarkeşlər pirotexniki vasitələrdən istifadə edib, əşyalar atıb, idmana yaraşmayan pankartlar nümayiş etdirib, “irqçi və yaxud ayrı-seçkilik davranışı” nümayiş etdirib, stadiona və obyektlərə ziyan vurublar.
Həmçinin İsveçrədə keçirilən oyun zamanı serb azarkeşlər Albaniya bayrağını yandırmağa cəhd ediblər. Serbiyanın Danimarka ilə oyunu zamanı “irqçi və yaxud ayrı-seçkilik davranışı” və pirotexniki vasitələrdən istifadə faktları aşkarlanıb. Serbiya Futbol Assosiasiyası ümumilikdə 173 min avro cərimələnib, millinin növbəti ev oyununda tribuna qismən bağlı olacaq, iki səfər oyunu isə serb azarkeşlərsiz keçiriləcək.
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa18 Oktyabr 21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin218 Oktyabr 21:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO
































