TFF "Fənərbağça" və "Beşiktaş"a cəza yağdırdı
Bizi izləyin

İdman

TFF "Fənərbağça" və "Beşiktaş"a cəza yağdırdı

TFF-nin İntizam Komitəsi "Fənərbağça" və "Beşiktaş"ın futbolçularını cəzalandırıb.

Publika.az xəbər verir ki, Emre Belözoğlu 1, Mustafa Pektemek isə 2 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Futbol qurumu "Əskişəhərspor"la matçda hakimə qarşı nalayiq ifadə işlədən Belözoğluya 13 min Türkiyə lirəsi məbləğində cərimə də kəsib. 34 yaşlı yarımmüdafiəçinin şərəfini qoruduğu "Fənərbağça" isə azarkeşlərin bu mövsüm 2-ci dəfə çirkin şüarlar səsləndirməsinə görə, 100 min Türkiyə lirəsi ödəməli olacaq.

"Beşiktaş"da forma geyən Mustafa Pektemek isə Superliqanın son turunda "Karabükspor"un futbolçusuna qarşı ciddi kobudluğa görə 2 oyun “dincələcək”.

Xatırladaq ki, Türkiyə Superliqasının 11-ci turunda 2:2 başa çatan "Fənərbaxça" - "Əskişəhərspor" qarşılaşmasında Emre Belözoğlu köməkçi hakim Ekrem Kana "Allah bəlanızı versin" dediyinə görə meydandan qovulmuşdu.

Sonradan onun hakimə “Allah bəlanızı verməsin” dediyi irəli sürüldü. (http://publika.az/p/54141)

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm