İdman
Ən dəyərli türkiyəli futbolçular - SİYAHI
"Transfermarkt"ın son yenilənməsindən sonra türkiyəli futbolçuların qiymətlərində dəyişikliklər olub.
Publika.az xəbər verir ki, son illərdə bu sıralamada zirvədə qərarlaşan "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu mövqeyini itirib. O, 5 milyon avro itki ilə 40 milyon avroya düşüb. Bu səbəbdən, o, ən bahalı türk futbolçu titulunu Arda Gülerlə Kenan Yıldıza təhvil verib.
Arda 15 milyon, Kenan Yıldızda isə 5 milyon avro artımla bazar dəyərini 45 milyon avroya çatdırıb. Hər ikisi siyahıya başçılıq edir.
Ən dəyərli Türkiyə vətəndaşı olan futbolçular:
1-2.Arda Güler (Real) – 45 milyon avro
1-2. Kenan Yıldız (Yuventus) – 45 milyon avro
3. Hakan Çalhanoğlu (İnter) – 40 milyon avro
4. Ferdi Kadıoğlu (Brayton) – 30 milyon avro
5. Orkun Kökçü (Benfika) – 28 milyon avro
6. Barış Alper Yılmaz (Qalatasaray) – 21 milyon avro
7. Kerem Aktürkoğlu (Benfika) – 18 milyon avro
8. Semih Kılıçsoy (Beşiktaş) – 15 milyon avro
9. İsmail Yüksək (Fənərbağça) – 14 milyon avro
10. Merih Demiral (Əl-Əhli) – 14 milyon avro
Heybət
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO



































