Robert Prosineçki "Qarabağ"ın oyununu bəyənmədi
Bizi izləyin

İdman

Robert Prosineçki "Qarabağ"ın oyununu bəyənmədi

"Qarabağ" - "Neftçi" oyununun yalnız birinci hissəsini izlədim. Açığı, bu həmin oyunu bəyənmədim".

Publika.az-ın məlumatına görə, bunu milli komandamızın yeni baş məşqçisi Robert Prosineçki hər iki komandanın oyununu izlədikdən sonra verdiyi açqılamada deyib.

Dünən Premyer Liqanın XV turu çərçivəsində keçirilən "Qarabağ" - "Neftçi" oyununun ilk yarısını izləyən xorvat mütəxəssis daha sonra "Xəzər Lənkəran" - "Qəbələ" oyununa canlı baxıb. Prosineçki bu oyundan razı qalıb: "Xəzər Lənkaran" - "Qəbələ" görüşü daha maraqlı idi. "Xəzər Lənkaran"ın oyununu çox bəyəndim. Çox yaxşı oyun sərgilədilər və meydanda sonnadək mübarizə apardılar".

Baş məşqçi "Qəbələ"də çıxış edən milli üzvlərindən narazı qalıb: "Qəbələ" ümumiyyətlə pis təsir bağışladı. Heç bir futbolçunun oyunu məni qane etmədi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm