AFFA “Neftçi”ni ağlar günə qoydu
Bizi izləyin

İdman

AFFA “Neftçi”ni ağlar günə qoydu

AFFA “Neftçi”ni ağlar günə qoydu

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Publika.az xəbər verir ki, komitə üzvləri "Xəzər Lənkəran" - "Neftçi" oyununda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

Qurum iki klubu 34200 manat cərimə edib. Bunun 4 mini "Xəzər Lənkəran"ın, 30 min 200 manatı "Neftçi"nin payına düşüb. "Xəzər Lənkəran"dan qırmızı vərəqə alan Ağabala Ramazanov 3, "Neftçi"dən Tərlan Quliyev 1,

Karlos Kardoso və Bruno Bertuççi 4, azarkeşlərə tərbiyəsiz jest edən Mahir Şükürov 3 oyun cəzalandırılıb. Eyni zamanda "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov 20 oyunluq cəza alıb:

Matçın 77-ci dəqiqəsində “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur.

Oyunun 89-cu dəqiqəsində “Neftçi”nin futbolçusu Tərlan Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

Oyunun 90+4-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Karlos Kardoso aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur.

Oyunun 90+4-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Bruno Bertuççi aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur.

Oyunun 90+4-cü dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Ağabala Ramazanov rəqibə qarşı təhqiredici jestə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur.

Oyunda “Neftçi”nin futbolçusu Mahir Şükürov azarkeşlərə təhqiredici jest göstərdiyinə görə 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur.

Oyundan sonra “Neftçi”nin futbolçuları dəhlizdə stadionun bir neçə inventarını sındırıb. Bu səbəbdən stadion rəhbərliyinin təqdim edəcəyi hesab əsasında “Neftçi” klubu ödəmə etsin.

“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov KİV-də AFFA əməkdaşlarının (FIFA hakimi Əliyar Ağayev və FIFA hakimi Rəhim Həsənov) şərəf və ləyaqətinə xələl gətirən müsahibə verdiyinə görə adıçəkilən şəxs 10 oyunluq cəzalanır, klub 20000 manat cərimə olunur. Verilmiş cəza adıçəkilən şəxsin mövcud cəzasının üzərinə əlavə edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm