İdman
Tarixi rekorda doğru: Oveçkin addım-adım yaxınlaşır
Milli Xokkey Liqasının adi mövsüm matçında “Detroyt” “Vaşinqton Kapitals”ı qəbul edib.
Publika.az xəbər verir ki, Detroytda “Little Caesars Arena”da baş tutan görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. “Vaşinqton”un kapitanı Aleksandr Oveçkin ilk hissədə qol vurub.
Bu, rusiyalının NHL müntəzəm mövsüm matçlarının ilk dövrlərində 238-ci qol olub. Oveçkin bu göstəricidə ikinci yeri tutan Fil Espositodan iki top geri qalır.
O, ilk dövrlərdə vurduğu qollara görə NHL tarixində lider Ueyn Qretskidən cəmi 3 qol geri qalır. Böyük kanadalı ilk dövrələrdə 241 qol vurub.
Xatırladaq ki, 39 yaşlı Oveçkin NHL karyerası ərzində 1446 oyun keçirib, 870 qol vurub və 707 məhsuldar ötürmə edib. Oveçkinə NHL-in bombardiri Qretskinin tarixi rekordunu qırmaq üçün cəmisi 24 qol lazımdır.
-
MDB14:12Gürcüstan Rusiya ilə barışır: Yaxın günlərdə görüş olacaq
-
Rəsmi xronika13:35Prezident bu sahəyə 1 milyon manat ayırdı
-
Region13:20Ermənistan silahlı qüvvələri “fəhlə-kəndli ordusu”na çevrilir: Manukyan nəyə eyham vurur?
-
Nida Xəbər 13:08Manatın taleyi ilə bağlı mühüm qərar - Mərkəzi Bank hərəkətə keçir
-
Rəsmi xronika12:13Prezident bu qərarı təsdiqlədi
-
Sosial11:3725 iş günü, 11 min dollar maaş - Azərbaycanda iş elanı
-
Nida Xəbər 10:40Hökumət üzvləri parlamentdədir
-
İdman10:30Güzgü qarşısında: Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA heyrətləndirdi







.jpg)




























