İdman
“Azərbaycanda yalnız bir şeyi bəyənmirəm” - “Neftçi”nin legioneri
“Bu komanda ilə titullar qazanmaq istəyirəm”.
Publika.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Edvin Kuç klubun rəsmi televiziyasına müsahibəsində deyib.
31 yaşlı yarımmüdafiəçi futbolda bəzən gözlənilməz nəticələrin olduğunu söyləyib:
“Ümid edirəm ki, biz tezliklə uğurlu dönəmə başlayacağıq. Azərbaycanda və Avropada “Neftçi” ilə nailiyyətlər əldə etmək niyyətindəyəm. Hədəflərimiz yüksəkdir. Ümid edirəm ki, bunlara çatacağıq”.
Monteneqrodan olan oyunçu “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov haqqında danışıb:
“Hər mütəxəssisin öz planı və ideyaları var. Amma Samir Abasov maraqlı baş məşqçidir. Onun futbol biliyi və enerjisi çoxdur. Futbolçu olduğu dönəmdə də “Neftçi”də oynayıb. Klubu, oyunçuları tanıyır. Bu da titul qazanmaq üçün vacibdir. Əminəm ki, qış fasiləsindən sonra komanda mental olaraq yenilənəcək və daha yaxşı olacaq”.
Kuç ölkəmiz haqqında da fikirlərini bölüşüb:
“Bakı ilə bağlı ancaq müsbət sözlər deyə bilərəm. Şəhər, klub və buradakı insanlar xoş sözlərə layiqdirlər. Hər kəs mənə və ailəmə kömək edir, buraya uyğunlaşmağa yardımçı olurdular. Bu, həqiqətən gözəl hissdir. Düşünürəm ki, burada daha çox qalacağam. Beş aydır Bakıdayam və bəyənmədiyim heç nə yoxdur. Bəzi şeylər mənim ölkəmlə oxşardır. Ailəm də eyni fikirdədir. Onlar Bakını və Azərbaycanı çox sevirlər. Yalnız bir şeyi bəyənmirəm, o da tıxaclardır. Yəqin ki, bunu heç kim sevmir”.
2024-cü ilin yayında “Neftçi”yə keçən Edvin Kuçun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.
-
İdman23:24Əfsanənin 180 minlik avtomobili oğurlandı - FOTO
-
Sosial23:12Zabil Qəhrəmanov haqda qərar verildi - YENİLƏNDİ
-
Nida Xəbər 22:36Fəzail Ağamalı belə istefa verib - VİDEO
-
Sosial21:48Xocalıdan YENİ KADRLAR: Ermənilər Xan yadigarını bərbad hala salıblar - VİDEO
-
Magazin221:24Qısa şort geyinib güzgü qarşısında poza verdi - FOTO/VİDEO
-
MDB21:12Beş yaşlı qızdan DƏHŞƏTLİ ƏMƏL - Körpəni dördüncü mərtəbədən atdı
-
İdman20:48"Türkiyə klubundakı ağır vəziyyət Rusiyanın reputasiyasına təsir edəcək"
-
Magazin120:24Nigarla Hadise illər öncə bir arada - FOTO
























.jpg)









