BOK Hindistanı bağışladı
Bizi izləyin

İdman

BOK Hindistanı bağışladı

BOK Hindistanı bağışladı

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Hindistana Olimpiya oyunlarında iştirakla bağlı tətbiq edilən qadağanı aradan qaldırıb. Publika.az trend-ə istinadən bildirir ki, qadağanın ləğvi fevralın 10-da Narayan Ramaçandranın Hindistan Milli Olimpiya Komitəsinə yeni prezident seçilməsindən sonra mümkün olub.

BOK-un kommunikasiyalar üzrə direktoru Mark Adams çərşənbə axşamı jurnalistlərə bəyan edib: "Olimpiya oyunlarının keçirildiyi tarixdə ilk dəfə olaraq Olimpiya statusu bərpa edildi və bundan sonra Hindistan öz bayrağı altında çıxış etməkdə davam edəcək. Bayraq bir qədər sonra elan ediləcək xüsusi mərasimdə qaldırılacaq".

Qeyd edək ki, BOK 2012-ci ilin dekabrında Hindistanı ölkə MOK-un rəhbərliyinə korrupsiyada şübhəli bilinən məmurların seçilməsindən sonra Olimpiya oyunlarında iştirakdan müvəqqəti kənarlaşdırmışdı. Hindistan idmançıları Soçi olimpiadasında milli deyil, Olimpiya bayrağı altında çıxış edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm