İdman
Braziliya klubu "Sevilya”nı ŞOK MƏBLƏĞLƏ SUSDURDU - Juninyo uğrunda mübarizə şiddətlənir
“Qarabağ”ın futbolçusu Juninyonun “Sevilya”ya transferi baş tutmaya bilər.
Publika.az xəbər verir ki, buna səbəb Braziliyanın “Flamenqo” klubudur.
İddiaya görə, “qırmızı-qaralar” Ağdam klubuna 7-8 milyon avro, Juninyonun özünə isə 5 milyon avro məvacib ödəməyə hazır olduğunu bildirib.
Bu, “Sevilya”nın “köhlən atlar”a təklif etdiyi məbləğdən 2 dəfə çoxdur. İspaniya təmsilçisi isə Juninyoya təqribən 1,5-1,7 milyon avro maaş verməyi planlaşdırır.
“Flamenqo” “Qarabağ”ın braziliyalısından qısa zamanda qərar verməyi tələb edir. Əks halda başqa namizədlər nəzərdən keçiriləcək.
Qeyd edək ki, “Qarabağ”ın transfer əməliyyatlarında iştirak edən menecer Tural Əsgərov Publika.az-a açıqlamasında “Flamenqo”nun Azərbaycan çempionu və Juninyo ilə danışıqlar apardığını açıqlamışdı.
Heybət Məmmədov
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO













.png)























