İdman
Qvardiola təsdiqlədi: Ulduz futbolçu getmək istəyir
“Mançester Siti”nin baş məşqçisi Pep Qvaridola Kayl Uolkerin başqa kluba buraxılmasını xahiş etdiyini təsdiqləyib.
Publika.az xəbər verir ki, ispan mütəxəssis bunu “Sky Sports”a açıqlayıb:
“İki gün əvvəl o, başqa ölkədə çıxış etmək variantlarına baxmaq istədiyini söylədi. O, bir çox səbəblərə görə karyerasını başqa yerdə bitirmək istəyir.
Mən əminəm ki, insanı istəmədiyi yerdə oynamağa, işləməyə məcbur etmək olmaz. Əgər onun fikri artıq başqa yerdədirsə…
O, seçimlərinə baxmaq istədiyini söylədi. Bu o demək deyil ki, o, mütləq gedəcək. Mən onun mövqeyinə hörmətlə yanaşıram, çünki ona ötən illər və bütün nailiyyətlərinə görə minnətdaram”.
Qeyd edək ki, Uolker ötən “Salford Siti” ilə oyunda (8:0) ehtiyat oyunçular skamyasında qalıb.
-
İdman23:24“Mançester Yunayted” almaniyalı futbolçuya "göz qoydu"
-
Magazin221:48Məşhur model irinli yara ilə realiti şouda iştirak etdi - “Yorğanın altına girib ağrıdan ağlayırdım”
-
Avto20:36Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
İdman20:12Millimizdən möhtəşəm qələbə
-
Kriminal19:4823 yaşlı qadın qətlə yetirildi - Ögey qardaşı saxlanıldı
-
Magazin119:24Aktrisa Leyla Musayeva vəfat etdi
-
Dünya19:12Astronomlar Süd Yolunun dəqiq kütləsini müəyyən etdilər
-
Region18:12İranın Qeşm adasında silsilə partlayışlar baş verdi




































