İdman
Şok iddia: AFFA Premyer Liqada sayı artırır – Bu komandalar gəlir
Futbol üzrə Azərbaycan Premyer Liqasında komanda sayı artırıla bilər.
Publika.az xəbər verir ki, elitada komandası 12-yə yüksəldilə bilər. Futbol kuluarlarında gəzən söz-söhbətə görə, AFFA rəhbərliyi bu məsələni ciddi şəkildə müzakirə edir.
SOCAR-ın “qara kassir”i Adnan Əhmədzadənin rəhbəri olduğu ASTA-nın “Mingəçevir”in sahibinə çevrilməsindən sonra komanda sayının artırılması aktuallaşıb.
Bildirilir ki, Premyer Liqadan heç bir klub düşməyəcək. Əvəzində Birinci Liqadan 2 komanda – “Qəbələ” və “Mingəçevir” çempionatın iştirakçıları sırasına qoşulacaq. Beləcə, komanda sayı 12-yə çatdırılacaq.
Belə olan təqdirdə, AFFA yenə də əsasnaməni pozacaq. Baxmayaraq ki, qurum rəhbərliyi dəfələrlə bildirib ki, heç bir halda əsasnamənin pozulmasına yol verməyəcəklər.
O da ola bilər ki, elitanı bir komanda tərk etsin, birinci dəstədən 3 komanda gəlsin. Ancaq AFFA rəhbərliyi birinci dəstədə infrastrukturu qaydasında olan və sponsor cəlb edə biləcək klub tapa bilmir.
-
Sosial14:21Bakıda baş redaktor həbs edildi - FOTO
-
Region12:54İranın üçdə biri qazsız qalıb: Nazir müavini ağır günlərin olacağını bildirdi
-
Elm və təhsil12:36Müəllimlərin orta aylıq maaşı açıqlandı
-
Elm və təhsil11:54Təhsilə 5 milyard ayrılır: Hansı sahələrə yönəldiləcək?
-
Əmlak10:57MİDA güzəştli mənzilləri satışa çıxarır
-
Dünya10:42Trampdan İsraillə bağlı iddialı açıqlama: Baş nazir ola bilərəm
-
İdman10:30Ermənistanın oyununda Azərbaycana qarşı təxribat - UEFA cəza verəcək?
-
Nida Xəbər 10:05DTX-dən böyük əməliyyat: Kriminal şəbəkənin rəhbəri tutuldu - FOTO




































