İdman
Şimali koreyalılar DÇ-1966-da Banişevskini stimullaşdırmaq üçün görün nə təklif ediblər
SSRİ yığmasının tarixi ərzində dünya çempionatında ən yaxşı nailiyyəti 1966-cı ildə İngiltərədə keçirilən turnirdə dördüncü yer olub.
Həmin vaxt Nikolay Morozovun başçılıq etdiyi komanda yarımfinal mərhələsinə yüksəldi və burada Qərbi Almaniyaya məğlub oldu. Üçüncü yer uğrunda görüşdə SSRİ əfsanəvi Eysebionun çıxış etdiyi Portuqaliya millisinə uduzdu və mundialı dördüncü yerdə başa vurdu.
Həmin turnirdə uğurlu çıxış edən "qırmızılar"ın heyətində "Neftçi"nin hücumçusu Anatoli Banişevski də yer almışdı. Mundialdakı 5 oyunun hər birində 90 dəqiqə meydanda olan 20 yaşlı forvard 1 qolla yadda qaldı.
1966-cı il dünya çempionatının qrup mərhələsində SSRİ yığması İtaliya, Şimali Koreya və Çili ilə kvartet təşkil edib. Komanda ilk oyunda Şimali Koreya ilə qarşılaşmalı oldu. "Qırmızılar"ın müdafiəçisi Valentin Afonin həmin oyunu belə xatırlayır:
"Şimali Koreya komandası bazaya bağlandı və heç kimin onlara yaxınlaşmasına imkan vermədi. İngiltərədə koreyalıların hamısı ulu liderləri kimi “tunika”da gəzirdilər. Midlsbro şəhərinin kənarında qaldıqları otelin üzərində dövlət bayrağı qaldırılmışdı. Bütün matçlara çox ciddi yanaşırdıq. Amma biz onlara qalib gəldik - 3:0”.
İkinci turda Sovet futbolçuları İtaliyaya minimal hesabla qalib gəldilər. Son oyun öncəsi Morozovun komandası qrupda birinci yeri təmin etmişdi, İtaliya, Çili və KXDR isə ikinci yer uğrunda mübarizə aparırdı. Şimali koreyalılara SSRİ-nin Çilidən xal alması lazım idi. Onlar da italyanları məğlub etsəydilər, KXDR 1/4 finala yüksələcəkdi.
Şimali Koreya tərəfinin nümayəndələri Çili ilə görüşdən əvvəl "qırmızılar"ı həvəsləndirmək üçün onların qaldıqları otelə gəliblər. Onlar sovet futbolçularına çox qəribə hədiyyə təklif ediblər. Valentin Afonin bu haqda belə deyib:
“Çili ilə oyundan əvvəl Şimali Koreya nümayəndə heyəti Sanderlenddəki otelimizə gəldi və pley-offa çıxmaq üçün cənubi amerikalıları məğlub etməyimizi xahiş etdilər. Bunun üçün Sovet millisinin hər bir oyunçusuna Kim İr Senin əsərlər toplusunu vəd etdilər. Amma praktiki olaraq komandamız koreyalıların stimullaşdırması olmadan da çilililərin öhdəsindən gəldi - 2:1".
Nəticədə, KXDR Park Du-ikin qolu sayəsində italyanların müqavimətini qırdı və tarixində ilk dəfə Dünya Kubokunun pley-off mərhələsinə yüksəldi. 1/4 finalda əfsanəvi Eysebio və Portuqaliya millisi qarşısında şimali koreyalıları "soyuq duş" gözləyirdi. Portuqaliya 5:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəldiyi zaman ulduz hücumçu 4 qol vurub.
Şimali Koreya növbəti dəfə 2010-cu ildə dünya çempionatında çıxış etmək imkanı qazandı. Onlar bu dəfə Kriştiano Ronaldonun kapitanı olduğu Portuqaliya millisi tərəfindən darmadağın edildilər - 7:0. Braziliya və Fil Dişi Sahili millilərinə də məğlub olan şimali koreyalılar mundialı xalsız başa vurdular.
Heybət
-
İdman13:12
Vahid Ələkbərovun oğlu istefa verdi - ABŞ məcbur etdi
-
Nida Xəbər 13:02
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - Bu səbəbdən
-
İdman12:18
Az qala Messinin ailəsini dağıdacaqdı: Cazibədar jurnalist o gülüşün sirrini açıqladı - FOTOLAR
-
Magazin111:54
Aktrisa Çimnazın ölümünün təfərrüatı: Bir neçə ay...
-
İdman11:24
Şimali koreyalılar DÇ-1966-da Banişevskini stimullaşdırmaq üçün görün nə təklif ediblər
-
Magazin111:18
Xalq artistinin 5 kiloluq qiymətli aksesuarı səs-küy yaratdı - VİDEO / FOTO
-
Magazin111:04
Ağadadaş Ağayevin mülki iddiasına xitam verildi
-
Nida Təhlil 10:36
Bayden Trampa problem yaratmaq üçün Ermənistanla bu sazişi imzalayıb - DETALLAR