İdman
Qurban Qurbanov: “Doğma meydanda məğlub olmağı heç istəmirəm”
Bu gün mətbuat önünə çıxan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “İnter”lə oyun ərəfəsində jurnalistlərin suallarını cavablayıb.
Publika.az xəbər verir ki, o, sabahkı matçın çətin keçəcəyini bildirib:
“Vacib oyun gözləyir bizi. Qrupun son oyunudur. Bilirik ki, nə dərəcədə məsuliyyətli olmalıyıq. Çalışacağıq ki, sabah ən düzgün və yaxşı oyunumuzu göstərək. Çox istərdim ki, azarkeşlərimiz stadiondan üzgün ayrılmasınlar. Doğma meydanda məğlub olmağı heç istəmirəm. Amma ciddi rəqibə qarşı oynayırıq. Matça tam hazırıq. Baxmayaraq ki, sıx qrafikdə çıxış edirik. Yeni məşqçinin gəlişindən sonra “İnter”in heyətində, oyun sistemində dəyişiklik olub. Son oyunlarda fərqli sistemdə oynayıb. Sabah da hər hansı dəyişiklik olsa, bu, bizə mane ola bilər. Bunlara baxmayaraq, öz oyunumuzu göstərməyə çalışacağıq.
Bədavi bu gün komanda ilə məşqə çıxdı. Amma oynayacağı hələ dəqiq bilinmir. Sabah məlum olacaq. Reynaldo əvvəldən də bilinirdi ki, oynamayacaq.
"İnter"in Bakıya əsas heyətlə gəlməməsi məni narahat edir. Çünki gənclər də özlərini yaxşı tərəfdən göstərmək istəyəcəklər. Futbolçulara tapşırmışıq ki, bu barədə ümumiyyətlə düşünməsinlər. Bizə öz oyunumuz maraqlıdır. Tam heyətlə oynasaydılar, bizə daha asan olardı. Tanımadığımız futbolçular oyuna çıxsa, bizə problem yarada bilər”.
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı