Ərəblər tezliklə onlara 1 milyard verəcək
Bizi izləyin

İdman

Ərəblər tezliklə onlara 1 milyard verəcək

WBA, WBO, WBC və IBO dünya çempionu Aleksandr Usik peşəkar boksdakı qonorardan danışıb.

Publika.az xəbər verir ki, o, peşəkar boksda inkişafın çox hissəsinin Səudiyyə Ərəbistanı ilə bağlı olduğunu bildirib.

– Media yazır ki, dünyanın ən bahalı döyüşü Floyd Meyvezerlə Menni Pakyao arasında olub. Bu döyüş 350 milyon dollar mükafatı qazandırıb. Mükafat fondu nədən formalaşır? Nə vaxtsa 1 milyard dollar mükafat fondu görəcəyik?

– Meyvezerlə Pakyao arasındakı döyüşdə 350 milyon dollar media gəlirlərindən toplanmışdı. Meyvezer xeyli PPV yayımını satmışdı.

Müasir peşəkar boksda inkişafın çox hissəsi Səudiyyə Ərəbistanı ilə bağlıdır. Boks yeni ödəniş səviyyəsinə yüksəldi. Düşünürəm ki, Türki Əl-Şeyx sayəsində dünya 1 milyard dollar qonorar görə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm