Yeni müqavilə ilə bağlı danışıqlar başladı: Agentləri yüksək məvacib tələb etdilər
Bizi izləyin

İdman

Yeni müqavilə ilə bağlı danışıqlar başladı: Agentləri yüksək məvacib tələb etdilər

“Real”ın vingeri Vinisius Juniorun agentləri 24 yaşlı futbolçu ilə yeni müqaviləni müzakirə etmək üçün klub rəhbərliyi ilə ilk görüşü keçiriblər.

Publika.az xəbər verir ki, bu barədə “Relevo” məlumat verib.

Mənbənin məlumatına görə, bu görüşdə “Real” yeni əmək müqaviləsinə əsasən Vinisiusa ödəməyə hazır olduğu maaşı açıqlayıb. Braziliyalı oyunçunun agentləri hesab edirlər ki, onların müştərisi daha çox qazanmalıdır.

“Real” daha çox ödəməyə hazır olan Səudiyyə klublarının Vinisiusa marağı səbəbindən bu danışıqların asan olmayacağını bilir. Bununla belə,klub 24 yaşlı hücumçunun maaşını həddindən artıq şişirtmək fikrində deyil. Vinisiusun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm