Bu gün döyüşəcəklər: həmyerlimiz Afrika çempionuna qarşı
Bizi izləyin

İdman

Bu gün döyüşəcəklər: həmyerlimiz Afrika çempionuna qarşı

Azərbaycanı peşəkar rinqdə təmsil edən Gəncə boks məktəbinin yetirməsi Ramal Amanov bu gün növbəti döyüşünə çıxacaq.

Publika.az xəbər verir ki, idmançımızın Moskvada keçirəcəyi görüşdə rəqibi Afrika çempionu Solomon Boqere olacaq.

15 döyüş keçirən Boqere bunlardan 10-u nokaut olmaqla 12 qələbə qazanıb. Solomonun passivində bir məğlubiyyət və iki heç-heçə var.

Amanov isə peşəkar rinqdə 6 döyüş keçirib və hamısında qalib gəlib.

Amanov - Boqere dueli Bakı vaxtı ilə saat 20:00-da başlayacaq və "Baysovski klub" telekanalı vasitəsiylə canlı yayımlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm