Qvardiola antirekordu təkrarladı: "Siti" bir daha məğlub olsa...
Bizi izləyin

İdman

Qvardiola antirekordu təkrarladı: "Siti" bir daha məğlub olsa...

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında "Mançester Siti" "Real"a 2:3 hesabı ilə uduzub.

Publika.az xəbər verir ki, bu, "şəhərlilər"in cari mövsümdə 12-ci məğlubiyyəti olub.

“StatsFoot”un məlumatına görə, “Siti”nin baş məşqçisi Pep Qvardiola 2020-ci ildəki şəxsi antirekordunu təkrarlayıb. 2019/20 mövsümündə onun rəhbərlik etdiyi Mançester təmsilçisi bütün mövsüm ərzində 12 matçda məğlub olub.

Bu o deməkdir ki, ispaniyalı mütəxəssisin komandası daha bir dəfə uduzarsa, rekord yenilənəcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm