İdman
Almeyda "Qarabağ"ı bu kluba dəyişir

"Qarabağ"dan ayrılan Riçard Almeydanın yeni klubu müəyyənləşib. Martın 20-də 36 yaşını qeyd edəcək braziliyalı futbolçu özü də açıqladığı kimi, ailəsinin istəyi ilə 13 illik legioner həyatından sonra vətəninə dönəcək.
Publika.az-ın məlumatına görə, o, Braziliya D seriyasında mübarizə aparan "Santo Andre"dən təklif alıb. Riçard böyük ehtimalla, yetirməsi olduğu klubla müqavilə imzalayacaq.
Almeyda doğma komandasında yeni başlayan mövsümdə tam olaraq çıxış etməyi planlaşdırır. Daha sonra karyerasını başa vurmağı düşünən milli komandamızın sabiq üzvü məşqçi kimi ilk addımlarını burada atacaq.
Qeyd edək ki, Riçard 2012-18, 2019 və 2021-25-ci illərdə "Qarabağ"da forma geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. 2017-23-cü illərdə isə Azərbaycan millisində çıxış edib.
Heybət

-
Art22:17
Azərbaycanın Xalq rəssamı vəfat etdi
-
Hadisə18:30
Şadlıq sarayında 55 nəfərin zəhərlənməsinin səbəbi bilindi
-
Sosial17:53
İlham Əliyev Baş prokuror vəzifəsinə namizəd irəli sürdü
-
MDB17:02
Ruslardan Türkiyə ilə bağlı QORXULU ANONS: Ara qarışacaq, işıqlar sönəcək
-
Nida Xəbər 15:27
Kamran Əliyevin səlahiyyət müddəti sabah bitir - Hansı qərar veriləcək?
-
Elm və təhsil14:38
DİM imtahanların başlama vaxtını dəyişdi
-
İdman13:12
"Qalatasaray"ın sabiq ulduzu bu gözəldən ayrıldı - FOTOLAR
-
Sosial12:48
Azərbaycanın məşhur iş adamı xeyli tələbəni aldadıb - ŞOK İDDİA