İdman
"Qarabağ" və "Sabah" onun üçün yarışır: Millimizin üzvü hansı qərarı verəcək?

"Ankaragücü"də çıxış edən Renat Dadaşov karyerasını Azərbaycanda davam etdirə bilər.
Publika.az-ın əldə etdiyi məlumata görə, milli komandamızın üzvü paytaxt təmsilçisindən ayrılmaq üzrədir. "Sarı-göylər"in rəhbərliyi legioner limiti və klubun maliyyə vəziyyətinə görə ən dəyərli futbolçusu olan Renat ilə yollarını ayırmaq məcburiyyətində qalıb. Dadaşov bu həftə ərzində transfer vərəqini alaraq, azad agent olacaq. Hazırda müqaviləyə xitam verilməsi ilə bağlı prosedurlar gedir.
Bu ərəfədə isə 25 yaşlı forvard yeni klub axtarışlarına başlayıb. Onun çoxsaylı təklifləri var. Lakin bunların heç də hamısı Avropadan deyil. Onunla BƏƏ, Səudiyyə Ərəbistanı və Azərbaycan klubları da maraqlanır.
Ölkəmizdə "Qarabağ" və "Sabah" Renatın xidmətində maraqlıdır. "Neftçi" də Dadaşovu transfer etmək istəyib. Lakin onun keçidinin yubanmasından və legioner limitinin ləğv edilməsindən sonra "ağ-qaralar" danışıqları dayandıraraq, başqa istiqamətə üz tutub.
"Qarabağ"la "Sabah" isə Dadaşovun agenti ilə danışıqlar aparır. Daha yüksək maliyyə şərtləri irəli sürən "bayquşlar" onun transferində bir addım öndədir. Lakin Renat son qərarını verməyə tələsmir. O, karyerasıını Avropada davam etdirmək istəyir.
Qeyd edək ki, cari mövsümdən türkdilli ölkələrdən olan futbolçular Türkiyə çempionatlarında legioner hesab edilir. Daha əvvəl isə belə futbolçulardan yalnız biri yerli oyunçu statusunda çıxış edə bilirdi.
Heybət Məmmədov

-
Magazin207:35
80 milyonluq sərvəti vardı, övladlarına bir qəpik də miras qoymadı
-
Magazin205:45
Çağatay 22 il öncəki halını paylaşdı - FOTO
-
Nəqliyyat03:35
Bakı metrosu sərnişinlərə niyə “Ah İstanbul” musiqisini dinlədir? - AÇIQLAMA
-
Sağlamlıq02:43
Tanınmış "cərrah" 100-ə yaxın xəstəsini şikəst qoyub
-
Qoroskop00:15
Günün qoroskopu: İşdə yeni imkanlar və təkliflər sizi sevindirəcək
-
Dünya14 Mart 23:45
Bu məsələ dostları qarşı-qarşıya qoyur - Hakan Fidan
-
Magazin114 Mart 23:00
Qadınlar alimentə görə boşanır deyənlər... - Aytən Səfərovadan sərt sözlər
-
İdman14 Mart 22:46
Palmerin sevgilisi ilk dəfə danışdı: Gözü üzərimdə idi – Fotolar