İdman
Döyüşçümüz UFC turnirində növbəti qələbəsini qazandı

Qarışıq döyüş növləri (MMA) üzrə Azərbaycanı təmsil edən Nazim Sadıqov UFC turnirində növbəti qələbəsini qazanıb.
Publika.az xəbər verir ki, "UFC Fight Night 251" turniri fevralın 16-na keçən gecə ABŞ-nin Las-Veqas şəhərində keçirilib.
Yüngül çəkidə çıxış edən N.Sadıqov Braziliyadan olan İsmael Bonfim ilə qarşılaşıb.
Döyüşün birinci raundu nisbətən bərabər mübarizə şəraitində keçsə də, həlledici məqam fasiləyə az qalmış azərbaycanlı döyüşçünün Bonfimin sağ göz nahiyəsinə ayaqla zərbə endirməsi olub. Braziliyalı ilk raundun sonuna qədər tab gətirə bilib.
Birinci və ikinci raund arasında fasilə zamanı həkimlər Nazimin rəqibinin sağ gözü ilə görə bilmədiyini müəyyən etdikdən sonra döyüşü dayandırıblar.
Beləliklə, Nazim Sadıqov UFC-də 10-cu qələbəsini qazanıb.

-
Magazin207:35
80 milyonluq sərvəti vardı, övladlarına bir qəpik də miras qoymadı
-
Magazin205:45
Çağatay 22 il öncəki halını paylaşdı - FOTO
-
Nəqliyyat03:35
Bakı metrosu sərnişinlərə niyə “Ah İstanbul” musiqisini dinlədir? - AÇIQLAMA
-
Sağlamlıq02:43
Tanınmış "cərrah" 100-ə yaxın xəstəsini şikəst qoyub
-
Qoroskop00:15
Günün qoroskopu: İşdə yeni imkanlar və təkliflər sizi sevindirəcək
-
Dünya14 Mart 23:45
Bu məsələ dostları qarşı-qarşıya qoyur - Hakan Fidan
-
Magazin114 Mart 23:00
Qadınlar alimentə görə boşanır deyənlər... - Aytən Səfərovadan sərt sözlər
-
İdman14 Mart 22:46
Palmerin sevgilisi ilk dəfə danışdı: Gözü üzərimdə idi – Fotolar