İdman
Kurban Berdiyev: "Əvvəlki oyunlarda da bizim əleyhimizə qərarlar olmuşdu"

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 23-cü turunda doğma meydanda "Araz-Naxçıvan"a 1:0 hesabı ilə qalib gəlib.
Publika.az xəbər verir ki, tovuzluların baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Birinci hissədə taktiki planda bəzi səhvlərimiz oldu. Çətin, amma vacib qələbə idi. Futbolçularımı təbrik edirəm.
- Rəqib futbolçuya verilən qırmızı vərəqə ilə bağlı fikirləriniz necədir?
- Bildiyiniz kimi, hakimliklə bağlı sualları cavablandırmaq istəmirəm. Belə yanaşsaq, bundan əvvəlki oyunlarda da bizim əleyhimizə qərarlar olmuşdu.
- Roderik Miller və Şəhriyar Əliyevin yoxluğu komandanın nəticələrinə təsir edir?
- Xeyr, belə deməzdim. Denis Marandiçinini də əlavə etmək lazımdır. Amma hər zaman belə olur ki, komandaya yeni gələnlərin adaptasiya olması müəyyən vaxt alır. Oyunda müəyyən dəyişikliklər olur. Sistemi tətbiq etmək üçün vaxt lazım gəlir.
- Kristian Da Silvanın start heyətində olmaması limitlə bağlıdır?
- Bəli. O, yaxşı vəziyyətdədir, amma limit amili var.
- Sol cinahda Rüfət Əhmədovun yox, İsmayıl Zülfüqarlının oynamasının səbəbi nədir?
- Planlaşdırmışdıq ki, Rüfəti ikinci hissədə meydana buraxaq. İlk yarıda İsmayıldan aktivlik gözləyirdik. Amma o istədiyimiz aktivliyi göstərə bilmədi.
Heybət

-
Magazin208:12
Məşhur aktrisanın oğlu tədbirə ətəkdə gəldi - FOTO
-
Sosial07:17
Bu gündən havanın temperaturu yüksələcək
-
İdman06:46
Əfsanə açıqladı: Trampın eks-gəlini ilə eşq yaşayır - FOTOLAR
-
Yaxın Şərq02:21
İsrail ordusu KABUSLA ÜZ-ÜZƏ - Əsgərləri dişləyən nədir? / FOTO
-
Art00:45
Balacaların sevimlisi olan aktrisa VƏFAT ETDİ - FOTO
-
ABŞ00:30
Vaşinqtonda Fidanla Rubio arasında görüş keçirilir
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Gözlənilməz xəbərlər sizi sevindirə bilər
-
Magazin125 Mart 22:24
"Onlara yazığım gəlir" - FOTO