İdman
Qurbanov: "Belə qələbənin başqa dəyəri var"

"Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət əldə etdilər. Azlıqda qaldıqdan sonra futbolçuların xarakteri üzə çıxır. Uduzmaq istəmirdilər. Meydandakı mübarizədən görünürdü. Sonda qalibiyyət oldu. Yaxşı, baxımlı oyun getdi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Yaxşı futbol ab-havası var idi. "Neftçi"yə uğurlar arzu edirəm".
Publika.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 23-cü turunun "Neftçi" ilə oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
- Kevin Medina barədə xüsusi ölçü götürəcəksiz? Həmin epizodda özünüz də ona sərt rekasiya verdiniz..
- Belə oyunlarda bu cür sərt hərəkətlər etmək olmaz. Sadəcə o dəqiqələrdə böyük ehtimalla əsəbiləşmişdi. "Neftçi" azarkeşləri Medinaya nalayiq ifadələr işlətmişdi. O da təsir etdi. Amma hər bir halda, futbolçulara demişəm ki, oyunlarda belə hallar çox olur. Hər insan nə edirsə, özünə edir. Hamı fikirləşməlidir ki, futbol kollektiv oyunudur. Daha dəqiq, daha səlist oynamaq lazımdır. Medina öz cəzsını özü verdi. Neçə oyun buraxacaq, cəzalanacaq. 10 nəfərlə qalib gəldik. Belə qələbənin başqa dəyəri var. Futbolçuların xarakterinə, oyundan qopmamasına çox köməyi olur.
Heybət

-
Magazin207:35
80 milyonluq sərvəti vardı, övladlarına bir qəpik də miras qoymadı
-
Magazin205:45
Çağatay 22 il öncəki halını paylaşdı - FOTO
-
Nəqliyyat03:35
Bakı metrosu sərnişinlərə niyə “Ah İstanbul” musiqisini dinlədir? - AÇIQLAMA
-
Sağlamlıq02:43
Tanınmış "cərrah" 100-ə yaxın xəstəsini şikəst qoyub
-
Qoroskop00:15
Günün qoroskopu: İşdə yeni imkanlar və təkliflər sizi sevindirəcək
-
Dünya14 Mart 23:45
Bu məsələ dostları qarşı-qarşıya qoyur - Hakan Fidan
-
Magazin114 Mart 23:00
Qadınlar alimentə görə boşanır deyənlər... - Aytən Səfərovadan sərt sözlər
-
İdman14 Mart 22:46
Palmerin sevgilisi ilk dəfə danışdı: Gözü üzərimdə idi – Fotolar