Ən yaxşı komanda “Real”, ən etibarlı komanda "Monako" oldu
Bizi izləyin

İdman

Ən yaxşı komanda “Real”, ən etibarlı komanda "Monako" oldu

UEFA Çempionlar Liqasının qrup mərhələsinin statistik göstəricilərini açıqlayıb.

Publika.az xəbər verir ki, qrup mərhələsinin ən yaxşı nəticə göstərən komandası "Real"dı. Madridlilər keçirdikləri bütün görüşlərdən qələbə ilə ayrılıb. "Bavariya" və "Barselona" "kral klubu"ndan bir qələbə geri qalır (5 qələbə).

Qrup mərhələsində qapı çərçivəsinə ən çox zərbə endirən komanda da "Real" (48), futbolçu isə Kriştiano Ronaldodu (18).

Ən çox dəqiq ötürmə edən oyunçu "Yuventus"lu Corco Kyellinidi (461).

Ən çox oyundankənar vəziyyətə düşən oyunçu Jervinyodu (Roma - 10 dəfə).

"Çelsi"dən Sesk Fabreqas və "Atletiko"dan Koke ən çox məhsuldar ötürmə edən oyunçulardı (4 dəfə).

"Sportinq"dən Maurisyo və "Ayaks"dan Veltman hərəyə 4 sarı vərəqə görməklə qrup mərhələsinin ən kobud oyunçuları sayılıblar.

Qrup mərhələsinin ən məhsuldar futbolçusu "Şaxtyor"lu Luis Adrianodu (9 qol). Onu 8 qolla Lionel Messi izləyir.

"Çelsi" qrup mərhələsinin ən çox qol vuran (17), APOEL isə ən az qol vuran komandasıdı (1).

Ən çox qol buraxan komanda BATE (24), ən az isə "Monako"du (1).

Qrup mərhələsində 279 qol vurulub ki, bu da hər oyuna 2,91 qol deməkdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm