UEFA "Neftçi"nin sabiq prezidentini "Qalatasaray"ın oyununa göndərdi
Bizi izləyin

İdman

UEFA "Neftçi"nin sabiq prezidentini "Qalatasaray"ın oyununa göndərdi

UEFA-nın azərbaycanlı nümayəndəsi Orxan Hüseynzadə yeni təyinat alıb.

Publika.az xəbər verir ki, o, UEFA Avropa Liqasının pley-off mərhələsinin fevralın 20-də keçiriləcək “Qalatasaray” (Türkiyə) – AZ (Niderland) görüşünün UEFA nümayəndəsi olacaq.

Qarşılaşma İstanbul şəhərində yerləşən “Ali Sami Yen” stadionunda keçiriləcək.

"Qalatasaray" Niderlandda baş tutan ilk görüşdə rəqibinə 1:4 hesabı ilə uduzub.

Qeyd edək ki, Orxan Hüseynzadə 2017-2018-ci illərdə “Neftçi”nin prezidenti olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm