Həm qələbəyə sevindilər, həm də aranı qarışdırdılar
Bizi izləyin

İdman

Həm qələbəyə sevindilər, həm də aranı qarışdırdılar

Avropa Liqasının qrup mərhələsində keçirilən “Fiorentina” - “Dinamo” (Minsk) oyunundan (1:2) əvvəl insident yaşanıb.

Publika.az xəbər verir ki, İtaliya polisi 61 belarus azarkeşi saxlayıb.

Polisin məlumatına görə, azarkeşlərin həbsinə səbəb onların aqressiv davranışı və xuliqanlıq hərəkətləri olub. Belaruslar hətta polis əməkdaşlarına da müqavimət göstəriblər. Bəzi fanatların əlində dəyənəklər də olub. Nəticədə 13 azarkeş həbs olunub. 48 fanat isə şəxsiyyətin müəyyənləşdirilməsi səbəbiylə saxlanılıb.

Belarus səfirliyinin Romadakı konsulluq xidməti azarkeş qrupları ilə əlaqə yaradıb. Fanatların nümayəndəsi bildirib ki, saxlanılan şəxslərdən şikayət yoxdu, şəxsiyyətin müəyyənləşdirilməsi prosesindən sonra sərbəst buraxılacaqlar. Ancaq həbs olunun 13 azarkeşlə bağlı məhkəmə prosesi keçiriləcək.

Eyni tipli insident “Dnepr” - “Sent-Etyen” matçından əvvəl də yaşanmışdı.

Kiyevdə baş verən kütləvi dava-dalaşda 11 fransız azarkeş ciddi xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. “Sent Etyen” rəhbərliyinin verdiyi məlumatda bildirilir ki, azarkeşlər arasında yüngül xəsarət alanlar da var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm