Admir Teli “Qarabağ”dan ayrılır?
Bizi izləyin

İdman

Admir Teli “Qarabağ”dan ayrılır?

"Qarabağ"ın alban müdafiəçisi Admir Teli tezliklə "köhlən atlar"dan ayrılacaq.

Publika.az xəbər verir ki, "Qarabağ"ın bu il Çempionlar Liqasının "Zalsburq"la Bakıda keçirilən oyununda səhvə yol verən futbolçu o vaxtdan bəri komandada mövqeyini itirməyə başlamışdı.

Xatırlayırsızsa, "Zalsburq"la Bakıda keçirilən ilk oyunda Teli başının üstündən keçən topu əliylə saxlamış, nəticədə meydandan qovulmuşdu. Düzdü, "Qarabağ" həmin oyunda 2:1 hesablı qələbə qazanmışdı. Amma həmin səhvindən sonra baş məşqçi Qurban Qurbanov alban müdafiəçiyə avrokubok oyunlarında, demək olar ki, şans vermədi.

Artıq yaşı 33-ü keçən Telinin qışda, uzaqbaşı cari mövsümün sonunda "Qarabağ"dan gedəcəyi gözlənilir. Məsələ burasındadı ki, futbolçunun müqaviləsi də mövsümün sonunda bitir. Bu isə o deməkdi ki, onsuz da baş məşqçi tərəfindən həlledici oyunlarda forma geyinmək şansı qazanmayan, üstəlik, yaşı çox olan Teli "köhlən atlar"dan ayrılacaq.

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov isə Telinin qışda komandadan göndərilməsinin gündəmdə olmadığını bildirdi:

"Admir Telinin klubumuzla bu mövsümün sonuna kimi müqaviləsi var. Hazırda alban futbolçunun göndərilməsi gündəmdə yoxdu".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm