Prokuror Maradona işi ilə bağlı ifadə verdi: Qətlin qurbanı olub
Bizi izləyin

İdman

Prokuror Maradona işi ilə bağlı ifadə verdi: Qətlin qurbanı olub

Dieqo Maradonanın ölümü ilə bağlı məhkəmədə prokuror Patrisio Ferrari ifadə verib.

Publika.az xəbər verir ki, məhkəmə Buenos Ayresin ətrafı olan San İsidroda baş tutub.

“Sizə Dieqonun başına gələnləri görmədiyini söyləyən hər kəs üzünüzə yalan danışır. Onun vəziyyətini görməmək mümkün deyildi. O, bir neçə gün bu vəziyyətdə yataqda uzanıb. Onun qətlin qurbanı olduğunu söyləməmək yalandır.

Bütün bunlar davam edərkən, dəstə (həkimlər) sadəcə hesabatlar doldurur, etmədikləri bir şeyi etdiklərini sübut etməyə çalışırdılar. Ona kömək edən bütün tibbi heyət, bu ehtiyatsız rəftara görə məsuliyyət daşıyanların hamısı Dieqo Maradonanın ölümünə görə cavab verməlidir.

Maradonanın evinə gələn və onu görən hər kəs onun vəziyyəti haqqında həkimlərə danışırı və vəziyyəti kritik hesab edirdi”, – “Clarin” Ferraridən sitat gətirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm