İdman
Juninyo Braziliyada növbəti qolunu vurdu - VİDEO

Qış transfer pəncərəsində "Qarabağ"dan "Flamenqo"ya transfer edilən Juninyo Olavio yeni komandasından növbəti qolunu vurub.
Publika.az xəbər verir ki, o, Quanabara kubokunun "Fulmininse" ilə ilk final matçında fərqlənib. 66-cı dəqiqədə meydana çıxan 28 yaşlı forvard 10 dəqiqə sonra komandasının səfə görüşündəki ikinci qolunun müəllifi olub. Görüş "Flamenqo"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu, Juninyonun "qırmızı-qaralar"ın heyətində ikinci qoludur. Zədə səbəbindən 1 ay meydanlardan uzaq qalan forvard daha əvvəl Quanabara kubokunun 8-ci turunda "Portuquesa" ilə görüşdə fərqlənib.
Qeyd edək ki, finalın cavab görüşü martın 16-da baş tutacaq.
Heybət

-
Nida Xəbər 12:06
Azərbaycan, ABŞ və İsrailin erməniləri qorxuya salan planı: İrəvanda nədən narahatdırlar?
-
Rəsmi xronika11:46
İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim etdi - FOTO
-
Sosial11:18
Pensiya və sosial yardım alanların nəzərinə!
-
Avropa10:30
Zelenski vəd verib, yerinə yetirsin! - Poroşenko şok detalı açıqladı
-
Region10:12
İstanbulda təxribat təhlükəsi: metro və yollar bağlandı - Nə baş verir?
-
Region09:54
Türkiyədə hökuməti devirmək istəyirmişlər: İsmayıl Saymaz da saxlanıldı
-
Dünya09:18
Saxlanılan İmamoğludan ilk açıqlama: Onun həbsini kim sifariş edib? - VİDEO
-
MDB09:12
Daha bir generala qarşı cinayət təqibi başladı: Nədə ittiham olunur?