"Real" həmyerliləri dəyiş-düyüş etmək istəyir
Bizi izləyin

İdman

"Real" həmyerliləri dəyiş-düyüş etmək istəyir

“Real” “Milan”ın fransalı müdafiəçisi Teo Ernandeslə maraqlanır.

Publika.az xəbər verir ki, bu barədə “El Gol Digital” məlumat yayıb.

Mənbənin sözlərinə görə, "kral klubu" “rossonerilər”ə 27 yaşlı futbolçunu Fransa millisində də çıxış edən başqa bir sol cinah müdafiəçisi Ferlan Mendi ilə dəyişməyi təklif etməyi planlaşdırır. Maraqlıdır ki, “qalaktikos” keçidi ödəniş etmədən reallaşdırmağı planlaşdırır.

Teo Hernandes 2024/25 mövsümündə klub səviyyəsində 34 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Ferland Mendi "Real"ın heyətində 28 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm