İdman
Misli görünməmiş döyüş şousu keçirilə bilər: plan açıqlandı

“TKO Group Holdings” Səudiyyə Ərəbistanında titul boks döyüşü, çoxsaylı UFC və WWE döyüşlərini əks etdirən birləşmiş tədbir keçirə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Ringsidenews” məlumat yayıb.
Ən məşhur güləş promosyonu WWE tərəfindən təşkil edilən ənənəvi “Crown Jewel” şousu zamanı 2025-ci ilin noyabrında genişmiqyaslı tədbir baş tuta bilər. Mənbənin sözlərinə görə, kartda üç güləş, iki UFC döyüşü, o cümlədən titul döyüşü və iki boks matçı – biri dünya titulu üçün, digəri isə ulduzların iştirakı ilə keçiriləcək.
Şou boks matçında Loqan Pol, Konor Makqreqor və ya Saul Kanelo Alvares iştirak edə bilər. Şouda iştirak edə biləcək digər məşhurlar arasında Hollivudda şöhrət tapmadan əvvəl güləşçi olan Duayn “The Rock” Conson və Con Sena da var.
Ötən gün Səudiyyə Ərəbistanının Əyləncə Baş İdarəsinin rəhbəri Turki Əl-Şeyx ilə UFC və WWE-nin sahibi olan “TKO Group Holdings” arasında boks üzrə yeni təşkilatın yaradılması haqqında müqavilə imzalanıb.

-
Sağlamlıq07:35
"Yaz allergiyası" deyib keçməyin - İnfarkta səbəb olurmuş
-
Maraq dünyası05:15
Marsda üzəri "muncuq"larla örtülmüş qaya aşkarlandı
-
Magazin204:50
Kimlər hər həftə 20-160 min manat qazanır - SİYAHI
-
Dünya03:35
Səmada qəribə işıqlar müşahidə edildi - Fotolar
-
Hadisə01:55
Bakıda qəbiristanlıqda QEYRİ-ADİ HADİSƏ
-
Qoroskop01:15
Günün qoroskopu: Romantik görüşlər üçün əla vaxtdır
-
Hadisə00:15
Türkiyədə SİLAHLI HÜCUM: Azərbaycan vətəndaşı yaralandı
-
Kriminal24 Mart 23:13
Ruslan Surxayevin qatili öldürüldü - Şübhəli mərhumun qardaşıdır